Xidmət üzrə mərhələlər
Bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini müəyyən bir müddət ərzində istifadə etmək hüququnu verən və notarius tərəfindən təsdiq edilən rəsmi sənəddir.
Nəqliyyatdan istifadə etibarnaməsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Nəqliyyat vasitəsi seçilir (etibar etmə hüququnuz olan nəqliyyat vasitələrinin siyahısı avtomatik interfeysdə göstərilir);
- Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi və fərdi identifikasiya nömrəsi daxil edilir;
- Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
- Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
- Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı 2.25 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.