"Mobil Notariat", müasir və istifadəçi yönümlü vahid notariat platformasıdır. Veb-saytdan istifadə etməklə şəxs, iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədləri telefonda saxlaya, elektron versiyasından istifadə edərək sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal ala bilər. Mobil Notariat vasitəsilə aşağıdakı notariat xidmətləri həyata keçirilir:
- Nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi;
- Daşınmaz əmlaka sərəncam etibarnaməsi;
- Vəkil etibarnaməsi;
- Bank etibarnaməsi;
- Vərəsəlik etibarnaməsi;
- Qurumlarda təmsilçilik etibarnaməsi;
- Dərmanların alınması üçün etibarnamə;
- Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi;
- Azyaşlıya pasportun verilmə ərizəsi;
- Daşınmaz əmlaka sərəncam ərizəsi;
- Ərizədən imtina ərizəsi;
- Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi;
- Təhsil tələbə krediti ərizəsi;
- Etibarnaməyə xitam ərizəsi.
Veb-sayt vasitəsilə əlavə olaraq aşağıdakı xidmətlərdən istifadə etmək də mümkündür:
- Sənədlərin "QR-kod" və ya “Barkod" vasitəsilə həqiqiliyini yoxlamaq;
- Respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək;
- Vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlamaq.