Nəqliyyata sərəncam etibarnaməsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Nəqliyyata sərəncam etibarnaməsi

Etibarnamə
Nəqliyyata sərəncam etibarnaməsi.

blog image

Xidmət üzrə mərhələlər

Etibar edən şəxsin adından mülkiyyətində olan (həmçinin ona etibar edilən) nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair (bağışlamaq, sərəncam vermək) həmçinin ipoteka qoymaq kimi səlahiyyətləri digər şəxslərə ötürən və notarius tərəfindən təsdiq edilən sənəddir. Qeyd etmək lazımdır ki, adıçəkilən etibarnamələr bir ildən artıq müddətə verilə bilməz. 

Nəqliyyata sərəncam etibarnaməsini rəsmiləşdirmək üçün aşağıdakı addımları izləməlisiniz. 

  1. Nəqliyyat vasitəsi seçilir (etibar etmə hüququnuz olan nəqliyyat vasitələrinin siyahısı avtomatik interfeysdə göstərilir);
  2. Etibarnamə verilən şəxsin fərdi identifikasiya nömrəsi, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
  3. Nəqliyyat vasitəsi üzrə vermək istənilən səlahiyyətləri seçilir;
  4. Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
  5. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  6. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 30 manat, xidmət haqqı 4.50 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 30 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.