Bank etibarnaməsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Bank etibarnaməsi

Etibarnamə
Bank etibarnaməsi.

blog image

Xidmət üzrə mərhələlər

Bank etibarnaməsi, bir şəxsin digər şəxsə bankda onu təmsil etmək üçün müəyyən səlahiyyətlər verməsini nəzərdə tutan və notarius tərəfindən təsdiq edilən rəsmi sənəddir. Bu etibarnamə vasitəsilə etibar edilən şəxs, etibar edən şəxsin adından müxtəlif bank əməliyyatlarını həyata keçirə bilər.

Bank etibarnaməsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. Etibarnamə verilən şəxsin fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
  2. Təmsil ediləcək bankların adı, etibarnamə üzrə veriləcək səlahiyyətlər seçilir və ehtiyac varsa nümunə mətn redaktə edilməklə əlavələr edilir;
  3. Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
  4. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  5. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı 2.25 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.